Ru
13:50 / 10 Sentyabr 2025

Rusiyanın müvəqqəti işlər vəkili Polşa XİN-ə çağırıldı

Rusiyanın müvəqqəti işlər vəkili Polşa XİN-ə çağırıldı
Eye

Rusiyanın Polşadakı səfirliyinin müvəqqəti işlər vəkili Andrey Ordaş Polşa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.


Bakupost.az xəbər verir ki, bu barədə diplomat "RİA Novosti"yə açıqlamasında deyib.

Polşa öz ərazisində vurulmuş dronların Rusiyaya məxsus olduğunu bildirib, amma Andrey Ordaş bu ittihamları əsassız sayıb:

"Dronların Rusiyaya aid olduğunu sübut edən heç bir dəlil təqdim edilməyib".

Xatırladaq ki, gecə saatlarında Rusiyanın Ukraynaya kütləvi hücumu fonunda Polşa hava hücumundan müdafiə qüvvələri və aviasiyasını yüksək hazırlıq vəziyyətinə gətirib. PUA-ların bəziləri sərhədi keçib.

Polşa ordusu ölkə ərazisinə daxil olan Rusiya dronlarını məhv edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar