Ru
13:20 / 10 Sentyabr 2025

Deputatı İşçi Qrupuna salmadılar - Narazıdır

Deputatı İşçi Qrupuna salmadılar - Narazıdır
Eye

Deputat Elman Nəsirov Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupuna salınmamağı ilə bağlı narazılıq edib.


Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, deputat bu məsələyə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında toxunub.

“Mənim namizədlik dissertasiyam Azərbaycan-ABŞ münasibətləri, doktorluq dissertasiyam ABŞ və beynəlxalq terrorizm məsələləri olub. Nədənsə mən müraciət edəndə, məni Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna salmamışdılar.

Peşə fəaliyyətim bu ölkə ilə bağlı olduğundan, az-çox bu ölkəni tanıyıram. İmkan olsa idi, dostluq qrupunun üzvü olmaq istəyərdim”, - deputat bildirib.

Qeyd edək ki, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri deputat Səməd Seyidovdur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar