Ru
12:57 / 10 Sentyabr 2025

"Bir-İki dönər"dən şikayət - "İçərisindən şüşə çıxdı" - VİDEO

"Bir-İki dönər"dən şikayət - "İçərisindən şüşə çıxdı" - VİDEO
Eye

Bakıda vətəndaş sifariş verdiyi dönərin içindən şüşə qırıntısı çıxdığını iddia edib.

Bakupost.az xəbər verir ki, bununla bağlı Oxu.az-a şikayət daxil olub.

Vətəndaş iddia edib ki, sentyabrın 6-da "Bir-İki dönər"in Gənclik filialından iki dönər sifariş edib.

"Biri toyuq, digəri ət dönəri idi. Toyuq dönərini yeyəndə içindən belə bir şüşə qırıntısı çıxdı. Hətta dilimi zədələdi. Bu barədə onlara məlumat verəndə üzr istəyib pulumu qaytardılar, amma istəyərdim ki, dönər alanda adamlar diqqətli olsunlar", - deyə şikayətdə bildirilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar