Ru
12:44 / 10 Sentyabr 2025

Kəlbəcərdə yük maşını aşdı, yaralılar var

Kəlbəcərdə yük maşını aşdı, yaralılar var
Eye

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kəlbəcər rayonunun Qamışlı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bakupost.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı yük avtomobili dərəyə aşıb, 2 nəfər dərədə köməksiz vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər dərədən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar