Ru
13:14 / 10 Sentyabr 2025

Pərvin Piriyev baş katib təyin olundu

Pərvin Piriyev baş katib təyin olundu
Eye

Azərbaycan Güləş Federasiyasında baş katib vəzifəsinə yeni təyinat olub.

Bakupost.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, federasiyanın yeni baş katibi Pərvin Piriyev təyin edilib.

Pərvin Piriyev 1992-ci ildə Bakı şəhərində anadan olub. 2009–2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznesin idarə edilməsi” ixtisası üzrə təhsil alıb.

Müxtəlif illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, "Bakı 2025” Avropa Oyunları, Azərbaycan Qılıncoynatma Federasiyası və Azərbaycan Badminton Federasiyasında ictimaiyyətlə əlaqələr və marketinq sahəsində çalışıb. Sonrakı fəaliyyətində "Sabah” Futbol Klubunda əvvəlcə marketinq direktoru, daha sonra isə icraçı direktor vəzifəsində işləyib. O, yerli və beynəlxalq idman layihələrinin təşkili sahəsində 10 ilə yaxın təcrübəyə malikdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar