Kreml Polşaya pilotsuz təyyarələrlə hücuma iyul ayından hazırlaşıb. Polşa və Litvanın SİM kartları Rusiya PUA-larına yerləşdirilib.
Bakupost.az xəbər verir ki, bu iddia ilə Defense Express çıxış edib.
Qeyd olunur ki, hücumla bağlı Varşavaya xəbərdarlıq edilib:
"Bu cür tapıntılar Rusiya Federasiyasının bu ölkələrin ərazisi üzərində pilotsuz uçuşlara hazırlığını və mobil rabitə şəbəkələrinə qoşulma sınaqlarını göstərirdi.
Çox güman ki, Rusiyanın bu hücumunun tapşırıqlarından biri xüsusən də “Qərb-2025” təlimlərinin sentyabrın 12-də Belarus ərazisində planlaşdırıldığını nəzərə alsaq, Polşanın hava hücumundan müdafiə sisteminin kəşfiyyatı olub", - xəbərdə vurğulanır.
Zaur, BakuPost