Rusiyanın Ukraynaya raket və PUA-larla hücumundan sonra Mukaçevoda baş vermiş yanğının söndürülmə prosesi iki gündür davam edir.
Bakupost.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, əraziyə 54 xilasedici, 15 texnika və 2 yanğınsöndürən qatar cəlb edilib.
Hadisə nəticəsində indiyə qədər 21 nəfər xəsarət alıb.
Qeyd edək ki, dünən Rusiyanın Mukaçevo şəhərinə raket zərbəsi nəticəsində yerli müəssisədə genişmiqyaslı yanğın baş vermişdi.