Ru
13:04 / 15 Dekabr 2022

Ruslar Laçın yolunda savaşa hazırlaşır? – Müharibə mahnıları səsləndirilir - VİDEO

Ruslar Laçın yolunda savaşa hazırlaşır? – Müharibə mahnıları səsləndirilir - VİDEO
Eye

Rusiya sülhməramlıları Laçın yolunda musiqi səsləndirməyə başlayıblar.

Bakupost.az xəbər verir ki, Rusiya sülhməramlıları dəhlizdə “Slavyan qadınların vidası" marşını səsləndirilər.

Bu marşı Tambovda yerləşən 7-ci ehtiyat süvari alayının qərargah trubaçısı Vasili Aqapkin 1912-ci ildə Birinci Balkan müharibəsi (1912-1913) hadisələrindən ilhamlanaraq yazıb. Marş mahiyyət etibarilə müharibəyə, hərbi xidmətə və ya uzun səfərlər yola salmağı simvolizə edir. “Slavyan qadınların vidası" Rusiyadan kənarda Rusiya İmperiyasının, Sovet İttifaqının və Rusiya Federasiyasının ən tanınan "musiqi simvollarından" biridir.

Xatırladaq ki, buna qədər Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirən azərbaycanlı ekoloqlar Azərbaycan himnini və milli Azərbaycan mahnılarını oxuyublar.




Zaur
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar