Ru
09:23 / 14 Oktyabr 2025

Ruslar Xarkovda irəliləyir - Ağır döyüşlər gedir

Ruslar Xarkovda irəliləyir - Ağır döyüşlər gedir
Eye

Xarkov vilayətinin Kupyansk rayonundakı vəziyyət cəbhədəki Ukrayna ordusu üçün çox ağırdır.

Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Vladislav Seleznev deyib.

O qeyd edib ki, düşmən şəhəri tamamilə ələ keçirmək cəhdlərini davam etdirir.

Onun sözlərinə görə, düşmənin bilavasitə Kupyanskda hərəkətinə daha çox diqqət yetirmək lazımdır.

Polkovnik bildirib ki, hazırda birbaşa şəhər daxilində döyüşlər gedir, ruslar yavaş da olsa irəliləyir:

"Vəziyyətin ciddiliyi ondadır ki, düşmən bu yaşayış məntəqəsini tam zəbt etmək üçün səylərini davam etdirir, çünki onlar üçün təkcə Kupyansk deyil, həm də Kupyansk-Uzlovaya nəzarəti ələ keçirmək çox vacibdir. Düşmən üçün maddi-texniki təminat prioritet məsələdir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar