Bütün dünyada infeksion xəstəliklərin standart antibiotiklərə dayanıqlılığı geniş miqyas almaqdadır.
Bakupost.az xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb.
ÜST-nin mətbuat üçün məlumatında deyilir: "2023-cü ildə bütün dünya üzrə laboratoriyada təsdiq edilmiş hər bakterial infeksiyaya yoluxma faktından biri antibiotiklərlə müalicəyə davamlı olub".
Yeni hesabata görə, 2018-2023-cü illər ərzində izlənən "patogen-antibiotik" kombinasiyalarının 40 faizdən çoxu davamlılıq səviyyəsinin artdığını göstərib, halbuki onların payı ildə, orta hesabla, yalnız 5-15 faiz artırdı. Ən yüksək göstəricilər Cənub-Şərqi Asiya və Şərqi Aralıq dənizi ölkələrində qeydə alınıb. Burada yoluxma hallarının üçdəbir hissəsi antibiotiklərə qarşı davamlı olub. Afrika ölkələrində isə xəstəlik hallarının yalnız beşdəbir hissəsinin antibiotiklərlə müalicəsi səmərəsiz olub.