Ru
11:46 / 14 Oktyabr 2025

Keçmiş icra başçısı vəfat etdi - FOTO

Keçmiş icra başçısı vəfat etdi - FOTO
Eye

Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ayvazalı Orucov vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Ayvazalı Həmid oğlu Orucov 1961-ci il martın 11-də Qazax rayonunun Qaçaq Kərəm kəndində anadan olub. 1968-1978-ci illərdə Ağstafa şəhər 24 saylı Dəmir Yol Məktəbində (indiki 3 saylı tam orta məktəb) təhsil alıb, daha sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (indiki İnşaat və Memarlıq Universiteti) daxil olub və 1983-cü ildə həmin ali məktəbi bitirib.

1980-ci illərin sonlarından ölkədə baş verən siyasi proseslərə biganə qalmayan Ayvazalı Orucov 1988-ci ildən Milli Azadlıq Hərəkatına qoşulub. O, Ermənistanın təcavüzünə qarşı silahlı müqavimət hərəkatında da yaxından iştirak edib. Müstəqillik əldə edildikdən sonra - 1992-1993-cü illərdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Ailəli idi, dörd övladı, üç qızı və bir oğlu var. Allah rəhmət eləsin.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar