Ru
13:05 / 14 Oktyabr 2025

Rusiya BMT-nin yardım maşınlarına hücum etdi - FOTO

Rusiya BMT-nin yardım maşınlarına hücum etdi - FOTO
Eye

Rusiya ordusu oktyabrın 14-ü səhər saatlarında Ukraynanın Xerson vilayətində BMT-nin humanitar missiyasına məxsus yük avtomobillərini atəşə tutub.

Bakupost.az Xerson Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinə istinadən xəbər verir ki, Belozersk icması ərazisində rus qüvvələri dron və artilleriya vasitəsilə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinə (OCHA) aid yük maşınlarını hədəfə alıblar:

“Üzərində BMT nişanları olan dörd ağ avtomobil hərbi texnika deyildi — onlar mülki əhaliyə yardım aparırdılar,” – deyə Prokudin bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində maşınlardan biri tamamilə yanıb, digəri isə ciddi zədələr alıb:

“İki avtomobil zərbə altından çıxmağı bacarıb. Möcüzə nəticəsində xəsarət alan olmayıb.”



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar