İndoneziyada it və pişik ətinin insanlar üçün nəzərdə tutulan qidalarda istifadəsi məqsədilə satışını qadağan edən qanun hazırlanır.
Bakupost.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə paytaxt Cakartanın qubernatoru Pramono Anunq Vibovo açıqlama verib.
"Cakartada it ətinin istehlakını qadağan edən əsasnamənin hazırlanması üçün müraciət daxil olub", - deyə o bildirib.
Qubernatorun sözlərinə görə, bu təşəbbüs ölkənin Nazirlər Kabinetinin quduzluğun yayılmasına qarşı qabaqlayıcı tədbirlərinin bir hissəsi olacaq. Vibovo həmçinin qeyd edib ki, əgər şəhərdə qadağanın tətbiqi üçün qanunvericilik baxımından əlavə tənzimləmə tələb olunarsa, o da baxılmaq eyni şəkildə parlamentə təqdim olunacaq.