Ru
12:55 / 14 Oktyabr 2025

Təcili yardım doğuşu evdə həyata keçirdi

Təcili yardım doğuşu evdə həyata keçirdi
Eye

Xəzər rayonunda çağırışa gedən təcili tibbi yardım briqadası doğuş prosesini evdə icra etmək məcburiyyətində qalıb.

TƏBİB-dən Bakupost.az-a verilən məlumata görə, çağırış ünvanında təcili tibbi yardım heyəti tərəfindən 38 həftəlik hamilə olan 27 yaşlı qadının doğuş prosesi idarə olunub. Doğuşun ilkin mərhələsi birbaşa yaşayış ünvanında baş verib, daha sonra isə proses təcili tibbi yardım avtomobilində nəzarətdə saxlanılıb.

Təcili tibbi yardım briqadası tərəfindən ana və yenidoğulmuşa zəruri ilkin tibbi yardım göstərildikdən sonra müvafiq tibb müəssisəsinə təxliyə olunub.

Hazırda ana və körpənin müalicəsi Xəzər Tibb Mərkəzində davam etdirilir. Körpə oğlandır, çəkisi 3 kq. 150 qr., boyu 50 sm-dir. Hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar