Ru
12:36 / 11 İyun 2017

Sabahın havası - Külək, yağış, dolu

Sabahın havası -  Külək, yağış, dolu
Eye

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuPost.az-a verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Mülayim şimal küləyi arabir güclənəcək.  Havanın temperaturunun gecə 18-21° isti, gündüz  25-30° isti, Bakıda gecə  18-20° isti, gündüz  28-30° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunundan 760 civə sütununadək yüksələcək.  Nisbi rütubət  gecə 65-75 %, gündüz  35-45 %  təşkil edəcək.

 

Azərbaycanın rayonlarına gəlincə, iyunun 12-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə  leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz  31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacağı gözlənilir.     

 

BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar