Ru
21:13 / 13 Yanvar 2026

Sabiq deputat yağış altında, piyada, avtobus gəlmədi - ƏSƏBİLƏŞDİ

Sabiq deputat yağış altında, piyada, avtobus gəlmədi - ƏSƏBİLƏŞDİ
Eye

Keçmiş millət vəkili, YAP-ın sabiq üzvü Gülər Əhmədova Bakıda ictimai nəqliyyatla bağlı narazılığını sosial şəbəkə hesabında paylaşıb.

Bakupost.az xəbər verir ki, o, statusunda qeyd edib ki, saat 19:39-da Müstəqillik (fərqləndirmə bizimdir) küçəsində avtobus gözlədiyi vaxt marşrut xətlərində problem yaranıb.

Əhmədovanın sözlərinə görə, həmin müddətdə 3 ədəd 9 nömrəli, 3 ədəd 7B nömrəli avtobus keçsə də, 10 nömrəli avtobus olmayıb. Yağışlı hava şəraitində uzun müddət gözləmək məcburiyyətində qaldığını bildirən sabiq deputat paylaşımını “Bu nə hikmətdir?” sözləri ilə yekunlaşdırıb.

Qeyd edək ki, Gülər Əhmədovanın bu statusu bir neçə məqam baxımından diqqət çəkir. Vaxtilə Yeni Azərbaycan Partiyasının üzvü olmuş və hakimiyyətin əsas təbliğatçılarından biri kimi tanınan sabiq deputatın ictimai nəqliyyatdan istifadə etməsi və mövcud vəziyyəti tənqid etməsi kifayət qədər maraqlı məsələdir.

Xatırladaq ki, Gülər Əhmədova keçmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev qalmaqalından sonra siyasi karyerasını bitirməyə məcbur olmuşdu.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar