Dağıstanın keçmiş idman naziri Maqomed Maqomedov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə məlumatı təqsirləndirilən şəxsin vəkili Sergey Uzdenskiy öz Telegram kanalında paylaşıb.
M.Maqomedov qanunsuz silah saxlamada ittiham olunur.
İttihama görə, 2005-ci ildə M.Maqomedov cinayətkar qrup yaradıb və qrup üzvlərinə sifarişlər verib. 2023-cü ildə o, mənimsəmə işi üzrə saxlanılıb. Daha sonra terrorizmin dəstəklənməsi, iki və daha çox şəxsin qətlində iştirak və qanunsuz silah saxlama maddələri ilə ittiham olunub.