Ru
21:13 / 10 Noyabr 2025

Sabiq və indiki rəislər paradı birlikdə izlədi - FOTO

Sabiq və indiki rəislər paradı birlikdə izlədi - FOTO
Eye

Məlum olduğu kimi, Vətən müharibəsində qazanılmış Zəfərin beşinci ildönümü münasibətilə Bakıda hərbi parad keçirilib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, paradı izləyənlər arasında Prezidentin Təhlükəsizlik Xidmətinin indiki və sabiq rəisləri də olub.

Belə ki, hazırkı rəis, general-mayor Fərid Əsgərov və sabiq rəis, general-polkovnik Bəylər Eyyubov paradı birgə izləyib.

Qeyd edək ki, bu ilin iyun ayında B.Eyyubov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad edilərək, Prezidentin Katibliyinin rəisi təyin olunub. Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə isə F.Əsgərov gətirilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar