Saçların keyfiyyətsiz boyalarla rənglənməsi, kimyəvi əlavələrlə
zəngin vasitələrlə burulması, düzləşdirilməsi, qeyri-sağlam qidalanma və ya sadəcə
mövsümlə əlaqədar olaraq saçların tökülməsi prosesi daha da sürətləndirir.
BakıPost.az publika.az-a istinadən saçları gurlaşdıran və
sağlam edən maska reseptlərini təqdim edir.
Alma sirkəsi və ya düyü şərabı sirkəsi
Sirkə xüsusilə yağlı saçlarda saç tökülməsinin qarşısını
alan ən yaxşı vasitədir. Eyni zamanda saç köklərində qan dövranını sürətləndirir.
Su ilə qarışdırılmış sirkəni baş dərsinə masaj edərək çəkin və 10 dəqiqə sonra
ilıq su ilə yaxalayın.
Yerkökü və hindqozu yağı südü
Yerkökü suyu və hindqozu yağını qarışdırın və saça çəkin.
Bu, saçınızın sağlam və güclü qalmasına yardım edəcək.
Çuğundur
Təxminən 10 dəqiqə ərzində çuğundur kökünü qaynadın. Suyu
soyudun və baş dərinizə tətbiq edin. Həftədə 2 və ya 3 dəfə saçınızı çuğundurla
yaxalayın.
Soğan, sarımsaq və limon
Təzə sıxılmış soğan və ya sarımsaq suyunu baş dərisinə çəkin.
20 dəqiqə sonra qoxusunu yox etmək üçün limon suyu ilə yaxşıca yaxalayın. Ən sonda balzam və ya saç kremi
istifadə edin.
Əzvay
bitkisi
Yarpağından
alınan jeleni bir kasa su ilə qarışdırın. Saç diblərinə və baş dərinizə masaj
edərək çəkin. 10 dəqiqə sonra ilıq su ilə yaxalayın.
BakıPost.az