Tailandın Nonthaburi əyalətinin Banqkruay rayonunda orta məktəbdə atışma baş verib.
"Bakupost" xəbər verir ki, bu barədə "Khaosod" nəşri mlumat yayıb.
Avqustun 7-si səhər saatlarında baş verən hadisə zamanı hücum edən şəxs də daxil olmaqla, 9 nəfər həlak olub.
Məlumata görə, ölənlərdən 3-ü müəllim, 3-ü şagird, 1-i isə atəş açan şagirddir.
Hadisə zamanı daha 15 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Polis əməkdaşları məktəbdə atışma törədən şagirdin evinə baxış keçirib və onun nənə ilə babasının cəsədlərini aşkar ediblər. O, məktəbə getməzdən əvvəl onları evdə güllələyib.
Şagirdin motivlərini və məktəbdəki mümkün problemləri aydınlaşdırmaq üçün araşdırma aparılır.
Atəş açan şəxsin təxminən 14 yaşı olub, o, intihar edib.
Hadisənin başvermə səbəbləri araşdırılır.