Ru
18:00 / 05 Noyabr 2026

Demokratlar Trampın xarici siyasətini dəyişdirə biləcəkmi?

Demokratlar Trampın xarici siyasətini dəyişdirə biləcəkmi?
Eye

ABŞ-dəki aralıq seçkilərdə Demokratların qələbəsi Prezident Donald Trampın xarici siyasətinin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.

“Reuters” xəbər verir ki, hər iki palata üzərində nəzarəti ələ keçirməklə onlar onun beş beynəlxalq məsələ ilə bağlı qərarlarını məhdudlaşdıra biləcəklər.

Görəsən, mövcud durumda Tramp xarici siyasətdə hansı istiqamətləri yenidən nəzərdən keçirməli olacaq?
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Bakupost”a bildirib ki, qanunverici orqanların xarici siyasətə təsirləri o qədər də böyük deyil:

“Onlar sadəcə, Trampın hansısa təşəbbüslərinə müəyyən əngəllər yarada bilərlər. Amma qanunverici orqanın bu sahədə hansısa təşəbbüslərlə çıxış etmələrinə nadir hallarda təsadüf edilir”.

Bu baxımdan da, həmsöhbətimiz qarşıdakı iki il ərzində aralıq seçkilərinin nəticələrinə uyğun olaraq, Trampın xarici siyasətində hansısa böyük dəyişiklik gözləmir:

“Hətta Trampın Ukrayna siyasətində də dəyişiklik olacağına inanmıram. Rusiyaya münasibətdə hansısa sanksiyaların qəbulu mümkün ola bilər. Ümumilikdə seçkinin nəticələrinə rəğmən Ağ Evin xarici siyasətində böyük dəyişikliklər olacağını gözləmirəm”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar