Ru
16:57 / 05 Noyabr 2026

Prezident sərəncam imzaladı: Nazirlik hərəkətə keçdi

Prezident sərəncam imzaladı: Nazirlik hərəkətə keçdi
Eye

Azərbaycanda hava çirklənməsinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı hazırlanacaq.


"Bakupost" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyev noyabrın 4-də atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzrə Dövlət Komissiyası 2028–2035-ci illər üçün Milli Fəaliyyət Planının layihəsini 2027-ci il noyabrın 1-dək hazırlayaraq dövlət başçısına təqdim etməlidir.

Milli Fəaliyyət Planı çərçivəsində əsas çirklənmə mənbələrinin qiymətləndirilməsi, atmosferə atılan zərərli maddələrin azaldılması, hava keyfiyyətinin monitorinqinin və rəqəmsal nəzarətin təkmilləşdirilməsi, eləcə də ictimaiyyətin məlumatlara çıxışının genişləndirilməsi nəzərdə tutulur.

Həyata keçiriləcək tədbirlər insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsinə, hava keyfiyyətinin yaxşılaşdırılmasına və iqlim dəyişmələrinə dayanıqlılığın artırılmasına xidmət edəcək.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar