Ru
17:51 / 05 Noyabr 2026

Azərbaycanlı botsman Finlandiyada məhkum edildi: Rusiyalı kapitanla birlikdə

Azərbaycanlı botsman Finlandiyada məhkum edildi: Rusiyalı kapitanla birlikdə
Eye

Finlandiya Məhkəməsi Maksimenko və Məcidovun hərəkətlərini qəsdən törədilmiş hesab edərək onları "ağırlaşdırıcı təxribat"da təqsirli bilib.

“Bakupost” xarici mətbuata istinadən xəbər verir ki, Helsinki Rayon Məhkəməsi Finlandiya körfəzində sualtı infrastrukturu qəsdən zədələdiyinə görə "Fitburg" yük daşıyıcısının kapitanı və botsmanını həbs cəzasına məhkum edib.

Qərara əsasən, Rusiya vətəndaşı olan gəmi kapitanı Andrey Maksimenko 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan vətəndaşı olan botsman Vüsal Məcidov isə 2 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

İstintaqın gəldiyi nəticəyə görə, 31 dekabr 2025-ci ildə Sankt-Peterburqdan İsrailə doğru hərəkət edən “Fitburq” gəmisi bir neçə saat ərzində Finlandiya körfəzinin dibi boyunca lövbər salaraq, onu təxminən 130 kilometr məsafəyə çəkib. Nəticədə “Elisa” şirkətinin iki sualtı telekommunikasiya kabeli qırılıb, habelə elektrik xətləri və qaz boru kəmərləri də daxil olmaqla səkkiz digər obyektə real ziyan vurma riski yaranıb.

Məhkəmənin qərarı ilə onlar həmçinin kabellərin təmiri və istintaq xərcləri üçün 1,9 milyon avro dəyərində kompensasiya ödəməlidirlər.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar