Ru
16:35 / 05 Noyabr 2026

Daha bir prezident impiçmentlə üz-üzə: Paraqvay prezidentinin qara günləri başlayır

Daha bir prezident impiçmentlə üz-üzə: Paraqvay prezidentinin qara günləri başlayır
Eye

Bu gün Paraqvay parlamentinin Deputatlar Palatası (aşağı palata) təxminən 3 milyon müştərinin hesablarının dondurulduğu “Ueno Bank” ətrafındakı qalmaqalla bağlı Prezident Santyaqo Penaya qarşı impiçment proseduruna başlamaq təklifini nəzərdən keçirəcək.

"Bakupost" xəbər verir ki, penanın impiçmentindən sonra səsverməyə vitse-prezident Pedro Allananın vəzifədən kənarlaşdırılması ilə bağlı səsvermə də daxil ediləcək.

Penanın impiçmentini tələb edən müxalifət qanunvericiləri siyasətçini “Ueno Bank”la əlaqələrinə görə maraqların toqquşmasında ittiham edirlər.

Qanunvericilər tərəfindən təqdim edilən sənədə görə, hökumət Dövlət Sosial Təminat Fonduna problemli banka yerli qanunvericiliklə icazə veriləndən daha çox vəsait yatırmağa icazə verib. Bundan əlavə, Paraqvay Mərkəzi Bankına rəhbərlik etmək üçün keçmiş yüksək vəzifəli şirkət rəhbəri təyin edilib ki, bu da prezidentin impiçment tərəfdarlarının fikrincə, "ictimai maraqları qorumaq vəzifəsi ilə bir araya sığmayan qərardır".

Qeyd edək ki, impiçment prosesinə başlamaq üçün təklif deputatların üçdə ikisi tərəfindən dəstəklənməlidir. Əgər buna nail olunarsa, məsələ Senatorlar Palatası tərəfindən müzakirəyə çıxarılacaq və ictimai dinləmələr keçiriləcək, sonra isə prezidentin təqsiri barədə qərar veriləcək.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar