Ru
09:00 / 09 Mart 2026

“Şah və mat” - Sabiq nazir

“Şah və mat” - Sabiq nazir
Eye

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İran prezidenti ilə Azərbaycan prezidenti arasında baş tutan telefon danışığına münasibət bildirib.

Bakupost.az Yeni Sabah-a istinadən xəbər verir ki, o, sosial şəbəkədə yazdığı şərhdə telefon danışığının diplomatik baxımdan mühüm mesaj daşıdığını qeyd edib.

Zülfüqarovun sözlərinə görə, məlumatda “İran prezidentinin təşəbbüsü ilə telefon danışığı baş tutdu” ifadəsi xüsusi məna daşıyır:

“Diplomatik dildən tərcümədə bu o deməkdir ki, dövlətimizin başçısı siyasi vasitələrlə İrana – hakimiyyətdə ciddi qarışıqlıq olan bir ölkəyə - qonşulara qarşı zərbə praktikasından rəsmi şəkildə imtina etdirməyi bacardı”.

Sabiq nazir hesab edir ki, bu addım regionda gərginliyin azalması baxımından mühüm siqnaldır. Onun fikrincə, Bakı siyasi və diplomatik vasitələrlə Tehrana mesaj verməyi bacarıb.

Zülfüqarov paylaşımının sonunda bu vəziyyəti “şah və mat” kimi qiymətləndirib.

Qeyd edək ki, son günlər regionda baş verən hərbi-siyasi gərginlik fonunda İran və Azərbaycan rəhbərləri arasında baş tutan telefon danışığı diqqət mərkəzindədir. Bu danışıq Məsud Pezeşkian ilə İlham Əliyev arasında keçirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar