Ru
11:25 / 10 Fevral 2026

Şahin Bağırov üç idarəyə yeni rəis təyin etdi

Şahin Bağırov üç idarəyə yeni rəis təyin etdi
Eye

Dövlət Gömrük Komitəsinin (DGK) üç idarəsinə yeni rəhbər təyinatı olub.

Bakupost.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmrlər imzalayıb.

Əmrlərə əsasən, gömrük xidməti polkovnik-leytenantı Namazov Rövşən Siyafiq oğlu DGK-nin Gömrük Siyasəti Baş İdarəsinin rəisi təyin olunub.

Eyni zamanda gömrük xidməti mayoru Qasımzadə Elçin Zülfəli oğlu Audit İdarəsinin rəisi təyin edilib.

Bundan əlavə, gömrük xidməti mayoru Həsənli Şamil Rizvan oğlu Daxili Təhlükəsizlik İdarəsinin rəisi təyin olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar