Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı ilə vida mərasimi başa çatıb.
Bakupost.az xəbər verir ki,mərhumun cənazəsi dəfn olunması üçün Sabunçu rayonu Ramana qəbiristanlığına aparılır.
***
Fəzail AğamÖtən gün vəfat edən sabiq deputat Fəzail Ağamalı ilə vida mərasimi keçirilir.
Bakupost.az xəbər verir ki, Heydər məscidində təşkil olunan mərasimdə mərhumun yaxınları, siyasətçilər və ictimaiyyət nümayəndələri iştirak edir.
Vida mərasimindən sonra cənazə dəfn olunmaq üçün Ramana qəbiristanlığına (Gülçülük sovxozu adlanan ərazidə yerləşir) aparılacaq.
Qeyd edək ki, uzun illər siyasi fəaliyyətlə məşğul olan 79 yaşlı F.Ağamalı dünən Türkiyədə vəfat edib. O, 35 il Ana Vətən Partiyasına rəhbərlik edib. Bu yaxınlarda partiyanın sədri vəzifəsinə onun qızı Günay Ağamalı seçilib.