Ru
22:26 / 01 Noyabr 2024

Salyanda qəza: xəsarət alanlar var

Salyanda qəza: xəsarət alanlar var
Eye

Salyan rayonunda yol qəzası olub, yaralananlar var.

Bakupost.az -ın “Report”a istinadla məlumatına görə, hadisə şəhərin Əlibəy Hüseynzadə küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai Sonata” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində Salyan şəhər sakinləri – 1962-ci il təvəllüdlü Bağırova Bikəxanım Abdulhəsən qızı və 1985-ci il təvəllüdlü Mənəfova Vüsalə Sabir qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar