Ru
22:29 / 05 Yanvar 2026

Salyandakı qəzada ölən oğul atasını aeroporta aparırmış – VİDEO

Salyandakı qəzada ölən oğul atasını aeroporta aparırmış – VİDEO
Eye

Xəbər verdiyimiz kimi, bu gün Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, qəza zamanı hadisə yerində həyatını itirən 60 yaşlı Vüqar İmanovun oğlu, xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1989-cu il təvəllüdlü Tərlan İmanov da orada vəfat edib.

Məlumata görə, taksi sürücüsü, Sabirabad rayonunun Muğangəncəli kənd sakini, 32 yaşlı Coşqun Məmmədovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə həmkəndlisi, Moskvada yaşayan və Yeni il münasibətilə kəndə gəlmiş Vüqar İmanovu geri dönüş üçün aeroporta aparırmış.

Xəsarət alan digər sərnişinlər də ailənin yaxınları olub.

Qeyd edək ki, mərhumun oğlu, 37 yaşlı Tərlan İmanov Çiçəkli kənd orta məktəbində müəllim işləyirmiş.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar