Ru
12:56 / 18 Yanvar 2021

"Samsung”un rəhbəri həbs edildi

2001
Seul Ali Məhkəməsinin qərarına əsasən, “Samsung Electronics”in vitse-prezidenti, “Samsung Group”un əsas varisi və konqlomeratın faktiki rəhbəri Li Ce Yon rüşvət verdiyinə görə 2 il 6 ay müddətinə həbs cəzası alıb.

O, məhkəmə salonunda nəzarətə alınıb.

Cənubi Koreya prokurorları Li Ce Yonun 2014-cü ildə konglomerata nəzarəti ələ keçirmək üçün qeyri-qanuni səhm fırıldaqlarında və korporativ birləşmələrdə ittiham edir. Bildirilib ki, o bu müddətdə bir sıra “Samsung” törəmə şirkətlərinin birləşməsi üçün dövlət dəstəyi müqabilində keçmiş prezident Pak Kın Henin yaxın dostuna 8.9 milyard von (təqribən 8 milyon dollar) rüşvət verib.

Qeyd edək ki, Cənubi Koreyanın keçmiş Prezidenti 2017-ci ildə rüşvət, vəzifədən sui-istifadə və konqlomeratlarla əlaqələrinə görə impiçment olunaraq vəzifəsindən kənralaşdırılmış və 10 il müddətinə həbs cəzasına məhkum edilmişdi. O zaman Li Ce Yon da 5 il həbs cəzasına məhkum edilmiş, lakin 2018-ci ilin fevralında məhkəmənin apellyasiya şikayətinə baxması ilə sübut olunmuş rüşvətin miqdarı azaldılaraq, 5 illik həbs cəzası şərti cəza ilə əvəz edilmişdi.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər