Keçmiş “Qarabağ ordusunun komandanı” və “Dağlıq Qarabağın Təhlükəsizlik Şurasının katibi” Samvel Babayan Bakı ilə Xankəndi arasında birbaşa dialoqun başlanmasının zəruriliyini bəyan edib.
Bakupost.az xəbər verir ki, o, bu barədə "Azadlıq" radiosuna müsahibəsində bildirib.
S.Babayanın fikrincə, “inam yaratmağa, müxtəlif məsələlərdə razılığa gəlməyə çalışmaq lazımdır ki, insanlar dinc və normal yaşasınlar”.
S.Babayan qeyd edib ki, bundan sonra biz ikinci mərhələyə keçmək - mövcud qalan digər problemləri müzakirə etmək olar:
"Bu yolla getməsək, qarşılıqlı etimad olmasa, heç nəyə nail ola bilmərik. Mən ikinci siyasi qüvvə kimi təcili danışıqların əleyhinə deyiləm, amma ilk növbədə bir-birimizə qarşılıqlı etimadın aşılanması üçün hansı məsələlərlə bağlı dialoq aparacağımız barədə sənəd formalaşdırmalı, ondan sonra digər məsələlərə keçməliyik. digər məsələlər”, - deyə o bildirib.
Qeyd edək ki, rəsmi Bakı dəfələrlə erməni sakinlərin reinteqrasiyası üçün lazımi tədbirlər görmək əzmində olduğunu bəyan edib. Bu və digər məsələləri müzakirə etmək üçün erməni sakinlərə dəvət hələ də qüvvədədir.
Zaur
BakuPost