Ru
18:20 / 30 İyul 2025

Sanksiyalar kömək etməyəcək - Moskva Trampın cavabını verdi

Sanksiyalar kömək etməyəcək - Moskva Trampın cavabını verdi
Eye

ABŞ Prezidenti Donald Tramp Rusiyaya hədə-qorxu gəlmək əvəzinə, Vladimir Zelenskini ayıltmalıdır.

Bakupost.az “RIA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin on günlük ultimatumu ilə bağlı Krım parlamentinin sədri Vladimir Konstantinov deyib.

“Ukraynadakı münaqişəni Kamboca və Tailand arasındakı toqquşma ilə müqayisə etmək olmaz. Bu məsələnin üzərindən tələsik keçmək mümkün deyil. Amma Tramp məhz belə etmək istəyir. Sanksiyalar mövzusu da kömək etməyəcək.Bizə nə qədər hədə-qorxu gəlmək olar? Zelenskini ayıltmaq lazımdır”, - deyə o bildirib.

Parlament sədrinin fikrincə, hazırda vəziyyət elə formalaşıb ki, Avropa ölkələri Ukraynaya silah tədarük edir, amma Rusiya eyni zamanda atəşi dayandırmalıdır. O vurğulayıb ki, bu, mümkün deyil.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar