Ru
19:19 / 17 Oktyabr 2025

“Sədərək” Ticarət Mərkəzindən Ramiz Mehdiyevlə bağlı iddialara CAVAB

“Sədərək” Ticarət Mərkəzindən Ramiz Mehdiyevlə bağlı iddialara CAVAB
Eye

Dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin maliyyə, aqrar, tikinti sahəsindəki ucsuz-bucaqsız sərvəti içərisində Sədərək və Binə Ticarət mərkəzinin də adı keçir. İddia edilir ki, R.Mehdiyevin “Sədərək” və “Binə” ticarət mərkəzində obyektləri var. Buna görə də sabiq PA rəhbərinə məxsus obyektlər təcili satışa çıxarılır.

Nəzərə alsaq ki, “Binə” və “Sədərək” yalnız Azərbaycanın deyil, bütövlükdə Qafqazın regionun ən böyük ticarət mərkəzləridir və bura hər gün qonşu ölkələrdən minlərlə tədarükçülər gəlir bu məsələ narahatlığı artırır.

Bu qədər sahibkarın ticarət fəaliyyəti göstərdiyi mərkəzlərin aqibəti nə olacaq? Söküləcəkmi, fəaliyyəti dayandırılacaqmı?

Çünki Mehdiyevin özünün, yaxın qohumlarının adlarına olan torpaqları və obyektləri təcili və ucuz qiymətə satışa çıxarılır.

Xatırladaq ki, “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylidir. Onun oğlu Mehman Qədimbəyli PA-nın sabiq şöbə müdiri Əli Həsənovun köməkçisi olub.

Bakupost.az xəbər verir ki, Mərkəzin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim Bizim.Media-ya açıqlamasında bildirdi ki, Ramiz Mehdiyevin Sədərək Ticarət Mərkəzi ilə heç bir bağlılığı yoxdur:

“Dünyanın hər yanında Ramiz Mehdiyevin əmlakı var, siyahısını veriblər, milyardlarla dəyərində olan obyektləri mövcuddur. Onun nəyinə lazımdır gəlib Sədərəkdə 3-4 dükan alsın?! O boyda sərvətinin arasında bizimlə əlaqəsi olmaya-olmaya Sədərəyin adı çıxır. Mən bu ticarət mərkəzinin rəsmisi olaraq deyirəm, başımla cavabdehəm, onun burda heç çöpü də yoxdur”.

Sədərək Ticarət Mərkəzində bəzi korpusların köçürülməsi, bəzilərinin sökülməsi iddiasını da K.Qədim təkzib etdi:

“Hamısı yalan məlumatdır! Gəlin baxın, burda sökülən hissə var? Bu məlumatları kim uydurur? Əksinə, yeni tikilən mağazalar var, əvvəlkilərdən təmir üçün müvəqqəti fəaliyyətini dayandıranlar ola bilər”.


Kəbirə Məmmədovaya məxsus “Binə” Ticarət Mərkəzi mətbuata qapalı olduğu üçün əlaqə saxlamaq mümkün olmadı.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar