12:19
Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzinin girişində güclü yanğın meydana gəlib.
Bakupost.az-ın əldə etdiyi məlumata görə, yanğın əvvəllər "Azqranata" şirkətinə məxsus anbarda baş verib.
Yanğının miqyası və kəskin tüstü uzaq məsafədən müşahidə edilir.
FHN-in yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.
***
FHN bildirib ki, havanın küləkli olması yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də, qüvvələr tərəfindən ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.
Asena,
BakuPost