Diyetoloq Vanessa Leon insanların səhər yeməyində tez-tez sağlamlığa mənfi təsir edən bir səhvə yol verdiyini bildirib.
Bakupost.az E-saglam.az-a istinadən xəbər verir ki, diyetoloq səhv qidalalanmanın seçimlərdə yox, onların ardıcıllığında ortaya çıxdığını bildirib.
Bir çoxları portağal şirəsi, tam taxıl çörəyi və meyvədən ibarət “sağlam” səhər yeməyi hazırladığını düşünür. Lakin Leon xəbərdarlıq edir:
"Belə başlanğıc qan şəkərinin sürətli yüksəlişinə və cəmi bir neçə saat sonra enerji düşüşünə səbəb olur. Bünə karbohidrat və şirniyyatlarla başlamaq əvəzinə əvvəlcə yumurta, vetçina və pendir kimi proteinlə zəngin qidalar, onların yanında isə lif mənbələri qəbul edilməlidir. Bu kombinasiyadan sonra meyvə və şirniyyat yesəniz belə, şəkər qana daha yavaş qarışacaq və qlükoza dalğalanmalarının qarşısı alınacaq".