Türkiyəli aktrisa Cansu Demirci evlənib.
Bakupost.az xəbər verir ki, 2006-cı ildə ekranlara gələn və Sinem Kobal, Gizem Güven, Gökhan Keser, Hakan Altıner, Ümit Erdim, Zuhal Topal kimi aktyorların rol aldığı “Selena” serialının Selini illər sonra ortaya çıxıb.
“Selena”dan sonra heç bir layihədə yer almayan və ali təhsilini Almaniyada başa vuran Cansu Demirci gözlərdən uzaq bir həyat yaşayır.
Demirci bir müddətdir sevgili olduğu şəxslə ailə qurub. Gözəlliyi ilə diqqət çəkən aktrisa krujeva detallı gəlinlik seçib.
Aygün
BakuPost