Türkiyənin "Yeşilçam" aktyorlarından Kayhan Yıldızoğlu uzun müddət sonra ortaya çıxıb.
Bakupost.az xəbər verir ki, "Yeşilçam"da çoxsaylı filmlərdə iştirak edən, "Selena", "Akasya Durağı" və "Küçük Ağa" seriallarında rol alan aktyor Yıldızoğlu uzun müddətdir ki, tənha həyat sürür.
TikTok-da yayımlanan videoda aktyorun son durumu diqqət çəkib.
Bir qədər qocalmış və arıqlamış görünən usta pərəstişkarlarına səslənib.
Çox şeyi xatırladığını bildirən Yıldızoğlu, "Bu yaşda hamınızı əvvəlki kimi görə bilmirəm. Birlikdə xoş anlar yaşaya bilmirik, amma hamınız mənim ürəyimdəsiniz.
Dostum Bilgə Zobunun adını eşidəndə dünyalar mənim oldu. Sənin üçün çox darıxmışam. İllərlə teatrda işləmişik. Bütün dostlarımı xatırlayıram. Allah əl-ayağımı bir az büzdü, amma beynim işləyir. Hamınızı xatırlayıram, sevgi, dostluq və xoş niyyətlə xatırlayıram”.
Aygün
BakuPost