Ru
16:33 / 01 Dekabr 2025

Səngəçal Terminalı "yaşıl enerji" ilə işləyəcək? - AÇIQLAMA

Səngəçal Terminalı "yaşıl enerji" ilə işləyəcək? - AÇIQLAMA
Eye

“BP bu gün bəyan edib ki, Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihəsi 2028-ci ilin sonunadək reallaşacaq”.

Bakupost.az xəbər verir ki, bu barədə Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban bildirib.

O qeyd edib ki, bu layihə çərçivəsində 3 müqavilə imzalanıb:


1) "AzərEnerji" ASC - $43 mln dəyərində müqavilə yeni yarımstansiyanın tikintisi, yeraltı kabellərin quraşdırılması və hava elektrik ötürücü xətlərinin çəkilməsi və quraşdırılmasını nəzərdə tutur;

2) Azfen" MMC (SOCAR və Tekfenin birgə müəssisəsi) - $19 mln müqavilə üzrə transformatorların, sinxron kompensatorların, cərəyan məhdudlaşdırıcı reaktorların və yeni 110 kV-luq açıq paylayıcı qurğunun quraşdırılması həyata keçiriləcək;

3) "SOCAR KBR" müəssisəsi - £7 mln dəyərində müqavilə üzrə Səngəçal terminalında mühəndis-layihələndirmə və təchizat işləri icra ediləcək.

Hazırda Səngəçal terminalı öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinində istehsal edilən elektrikdən istifadə edir.
Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.

Bəs Səngəçal terminalı nəyin hesabına fəaliyyətini davam etdirəcək? 240 MVt gücündə olan Şəfəq (Cəbrayıl) günəş elektrik stansiyası istifadəyə verildikdən sonra bp və tərəfdaşları həmin enerjinin "Azərenerji" ilə dəyiş-düyüş edilməsi (swap) ilə Səngəçal terminalının "yaşıl enerji" vasitəsi ilə təminatına nail olacaqlar ki, bunun nəticəsində terminal əməliyyatlarından yaranan karbon emissiyaların (CO2) təxminən 50%-ni azaltmaq imkanı əldə ediləcək”.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar