Ru
13:50 / 05 Sentyabr 2025

Sərkisyandan etiraf: Heç vaxt Azərbaycana çata bilmərik!

Sərkisyandan etiraf: Heç vaxt Azərbaycana çata bilmərik!
Eye

Ermənistanda müdafiə xərcləri heç vaxt Azərbaycanın hərbi büdcəsinin həcminə çatmayacaq.

Bakupost.az axar.az-am istinadla xəbər verir ki, bunu ölkənin müdafiə nazirinin müavini Hraçya Sərkisyan bildirib.

O, həmçinin qeyd edib ki, 2026-cı il dövlət büdcəsində Ermənistan Müdafiə Nazirliyinə ayrılan məbləğin azaldılıb-azaldılmayacağı hələ məlum deyil.

"Əmin edirəm ki, Müdafiə Nazirliyi 2026-cı ildə də 2024 və 2025-ci illərdəki eyni məntiqlə işləyəcək", - nazir müavini əlavə edib.

Qeyd edək ki, Ermənistanın 2025-ci il üçün hərbi büdcəsi 1,7 milyard dollar, Azərbaycanın builki dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri isə təxminən 5 milyard dollar təşkil edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar