Ru
09:59 / 30 Oktyabr 2025

Sərxoş qazilər iki nəfəri maşına zorla mindirib döydülər

Sərxoş qazilər iki nəfəri maşına zorla mindirib döydülər
Eye

Lənkəranda bir qrup şəxs sərxoş vəziyyətdə şəxsi zəmində xuliqanlıq hərəkətləri törədərək iki nəfəri döyüb.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə oktyabrın 28-də gecə saatlarında baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Hirkan qəsəbə sakini Alim Şükürzadə 1996-cı il təvəllüdlü Lənkəran sakini Cəbrayıl Şirməmmədovu zorla avtomobilə əyləşdirərək Sütəmurdov kəndinə aparıb.

Orada A.Şükürzadə dostları - 1989-cu il təvəllüdlü Elvin Quluzadə və 1990-cı il təvəllüdlü Elşad Məmmədovla birlikdə C.Şirməmmədovu döyərək ona xəsarət yetiriblər. Daha sonra həmin yerə gəlmiş C.Şirməmmədovun 1995-ci il təvəllüdlü dostu da A.Şükürzadə tərəfindən döyülüb.

Hadisə ilə əlaqədar A.Şükürzadə, E.Məmmədov və E.Quluzadə polis tərəfindən saxlanılıb.

Onların sərxoş vəziyyətdə olması müəyyənləşib.

Qeyd edək ki, saxlanılan şəxslər 2-ci Qarabağ müharibəsi iştirakçılarıdır.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar