Ru
10:11 / 23 Sentyabr 2025

Simonyan Bakıda onlar üçün xahiş edib - SİYAHI

Simonyan Bakıda onlar üçün xahiş edib - SİYAHI
Eye

İki gün öncə Bakıda keçirilmiş 3-cü Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Andranik Simonyan geriyə hansı mesajlarla qayıdıb?

Bakupost.az modern.az-a istinadla xəbər verir ki, “Hraparak” nəşri Simonyanın Bakı səfərilə bağlı bəzi təfərrüatları öyrənib.

İddialara görə, səfər zamanı A.Simonyan ikitərəfli münasibətlərin normallaşması çərçivəsində Ermənistan tərəfinin Bakıdan geri almaq istədiyi 10 nəfərin siyahısını Azərbaycan tərəfinə verib.

Siyahıdakılar bunlardır: Erik Qazaryan, Levon Balayan, David Alaverdyan, Melikset Paşayan, Qarik Martirosyan, Vasili Beqlaryan, Lüdviq Mkrtçyan, Alyoşa Xosrovyan, Qurgen Stepanyan, Mədət Babayan.

“Hraparak” yazır ki, Andranik Simonyan səfər zamanı Bakıda mühakimə olunan Qarabağ separatçılarının rəhbərləri olmuş 8 nəfərdən heç birinin azadlığa buraxılması və geri qaytarılması barədə danışmayıb

İddia olunur ki, adları çəkilən 10 nəfərin azadlığa buraxılması müqabilində Azərbaycan tərəfi də bəzi şərtlər irəli sürüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar