Ru
09:54 / 23 Sentyabr 2025

Mədəniyyət Nazirliyi 100 min manata xalça aldı

Mədəniyyət Nazirliyi 100 min manata xalça aldı
Eye

Xalq rəssamı Eldar Mikayılzadə müəllifi olduğu "On dörd məsum” xalçasını Mədəniyyət Nazirliyinə satıb.

Bakupost.az İqtisadiyyat.az-a istinadla əldə etdiyi məlumata görə, alqı-satqı ilə bağlı nazirliklə Xalq rəssamı arasında müqavilə bağlanıb.

Müqaviləyə əsasən, xalçanın qiyməti 100 min manat müəyyənləşib.

Qeyd edək ki, 1956-cı il təvəllüdlü Eldar Mikayılzadə UNESCO yanında Rəssamlar Birliyinin üzvü və Azərbaycan manatının ilk eskizlərinin müəllifidir. O, "On dörd məsum” xalçasını 2001-ci ildə ərsəyə gətirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar