Ru
09:26 / 23 Sentyabr 2025

Başqasının xəstə övladını paylaşıb pul toplayan şəxs tutuldu

Başqasının xəstə övladını paylaşıb pul toplayan şəxs tutuldu
Eye

Bakının Xəzər rayon sakini Mirvari Turabovanın övladının görüntülərini ondan xəbərsiz paylaşaraq ianə toplayan şəxs tutulub.

DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov "Bakupost.az"-a bildirib ki, vətəndaşın azyaşlı övladının xəstəlik vəziyyətindən sui-istifadə edilərək sosial şəbəkələrdə fotosunun paylaşılması və bu yolla pul toplanılması ilə bağlı daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb.

Araşdırmalar nəticəsində əməli törətməkdə şübhəli bilinən 23 yaşlı Feyruz Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun yaratdığı sosial şəbəkə səhifəsində yerləşdirdiyi bank hesabına müxtəlif şəxslər tərəfindən 10 000 manata yaxın ianənin toplandığı müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, M.Turabovanın şikayəti ötən gün saytımızda işıqlandırılıb.

Başqasının xəstə övladını paylaşıb pul toplayan şəxs tutuldu
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar