Ru
10:36 / 23 Sentyabr 2025

Azərbaycanda turizmə ciddi zərbə: İqtisadçı faktlar açıqladı

Azərbaycanda turizmə ciddi zərbə: İqtisadçı faktlar açıqladı
Eye

“Azərbaycana 2019-cu ildə, yəni, quru sərhədlərin açıq olduğu ildə turizm məqsədi ilə 2 863 531 əcnəbi səfər etmişdi”.

Bakupost.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli bildirib.

“2024-cü ildə bu rəqəm 1 855 113 nəfər olub – özü də, 2024-cü il quru sərhədlərin bağlı olduğu dövrdə ən yaxşı göstərici idi. 2019-cu il ilə müqaisədə, 2024-cü ildə ölkəyə məhz turizm məqsədi ilə gələn əcnəbilərin sayı 1 mln. 8 min 418 nəfər azalıb”, – deyə o qeyd edib.

Natiq Cəfərlinin sözlərinə görə, rəsmi statistika sübut edir ki, quru sərhədlərin bağlı olması turizm sektoruna böyük zərbə vurur:

“Dünən Bakıda Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb. Prezident Əliyevin forum iştirakçılarına müraciətində turizm sahəsinin önəmli olduğu xüsusi vurğulanıb. Forumda çıxış edən bütün nazirlər və məmurlar turizm sektorunun prioritet olduğundan danışıblar.

Problem də budur ki, quru sərhədlərini bağlı saxlayıb turizmi prioritet elan etmək məntiqə uyğun deyil, bunun dünyada örnəyi, analoqu yoxdur.

Elə bilin ki, siz, məsələn, alma istehsalını artırmaq istəyirsiniz, amma alma ağaclarını kəsib, odun kimi istifadə edirsiniz – bax indi mənzərə eynidir. Turizmin inkişafından danışıb, heç bir səbəb olmadan quru sərhədləri bağlı saxlamaq, yumşaq desəm, anlaşılan deyil. Bu qərarı “pandemiya” ilə əsaslandırmaq isə insanların ağılı-məntiqi ilə oynamaqdır...”

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar