Ru
13:35 / 06 Yanvar 2026

Sintetik maddə ilə rəngləyib "kənd toyuğu" adı ilə satıblar - FOTO

Sintetik maddə ilə rəngləyib "kənd toyuğu" adı ilə satıblar - FOTO
Eye

Xırdalan şəhərində qanunsuz fəaliyyət göstərən quş kəsimi sexində toyuq məhsullarından götürülmüş nümunələrin nəticələri məlum olub.

Bakupost.az xəbər verir ki, “Qafqazinfo”ya Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, laborator sınaq zamanı "kənd toyuğu" təəssüratı yaratmaq məqsədilə toyuqların Tartrazin (E102) qida əlavəsindən istifadə edilərək sarı rəngə boyadıldığı aşkarlanıb.

Tartrazin (E102) dərman və kosmetik vasitələrdə, eləcə də bəzi qida məhsullarında istifadə olunan sintetik sarı boyadır, insanlarda həssaslıq və allergiya kimi yan təsirlərə malikdir.

Xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən qanunsuz hallara yol verən Abşeron rayonu, Xırdalan şəhəri, M.Müşfiq küçəsi, ev 3 ünvanında fiziki şəxs Salahov Şahin Salam oğluna məxsus quş kəsimi sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Faktla bağlı sahibkar barəsində inzibati icraata başlanılıb. Toyuqların kəsimi və toyuq məhsullarının dövriyyəsi qadağan edilib, məhsullar ərazidən kənarlaşdırılaraq saxlanca verilib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar