HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin böyük oğlu Əbdüssalam Haniyə dağıntılara və işğala baxmayaraq döyüşdən əl çəkməyəcəklərini bəyan edib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində öldürülən İsmayıl Haniyə Qətərin paytaxtı Dohada dəfn edildikdən sonra onun oğlu Əbdüssalam Haniyə HƏMAS rəhbərləri ilə birlikdə başsağlığı qəbul edib və jurnalistlərə açıqlama verib.
O, Fələstin xalqının mübarizəsini dayandırmağın mümkün olmadığını bildirib:
“Qatil sionist düşmənə (İsraili nəzərdə tutur-red) mesajım budur: Bir əsrdən artıqdır ki, liderlərimizə edilən hücumlar bizi dayandıra bilməyəcək. Siz Fələstin xalqının yürüşünü və inqilabını dayandıra bilməyəcəksiniz”.
Vasif
BakuPost