Ru
11:37 / 11 Noyabr 2025

Şirniyyat qutularında dərman tapıldı – Gömrükdə əməliyyat

Şirniyyat qutularında dərman tapıldı – Gömrükdə əməliyyat
Eye

Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Bakupost.az xəbər verir ki, İstanbul–Gəncə aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus əşyalar Gəncə Beynəlxalq Aeroportunun gəliş zalında rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri müşahidə olunub.

Yoxlama zamanı vətəndaşa məxsus çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, eləcə də şifahi, elektron və ya yazılı formada bəyan olunmayan, üstü şirniyyat ilə örtülmüş qutularda xüsusi üsulla gizlədilən, hər biri 10 həb olmaqla, ümumilikdə 645 konvolyut “Lioresal” markalı dərman preparatı aşkar edilib.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar