Ru
12:30 / 29 İyul 2026

“SK Hynix” bütün rəqiblərini geridə qoydu: 6 dəfə artıq qazanc

“SK Hynix” bütün rəqiblərini geridə qoydu: 6 dəfə artıq qazanc
Eye

Cənubi Koreyanın “SK Hynix” şirkəti ikinci rübdə qazancının altı dəfə artdığını açıqlayıb.

“Bakupost” xəbər verir ki, şirkət bu il “kapital xərcləri” (CAPEX) üçün ən azı 31 milyard dollar ayırmağı planlaşdırır. Bu, ötən illə müqayisədə 50% çoxdur.

Şirkət yaddaş çiplərinə yüksək tələbat hesabına ikinci rübdə 80%-dən çox əməliyyat mənfəət marjası əldə edib.

Bununla yanaşı, “SK Hynix”in səhmləri Seul birjasında 11% ucuzlaşıb. Analitiklər bunu süni intellekt sektorunda yüksək gözləntilər və iri texnologiya şirkətlərinin məlumat mərkəzlərinə böyük həcmdə sərmayə yatırması ilə bağlı narahatlıqlarla əlaqələndirirlər.

Şirkət rəhbərliyi isə bu narahatlıqları rədd edərək, güclü tələbat fonunda uzunmüddətli müqavilələrin bağlandığını bildirib.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar