Ru
15:24 / 04 Noyabr 2025

SOCAR-dan Aİ-95 markalı benzinlə bağlı yayılan iddialara CAVAB

SOCAR-dan Aİ-95 markalı benzinlə bağlı yayılan iddialara CAVAB
Eye

“Dünəndən bir sıra KİV-lər belə bir məlumat paylaşırlar ki, "2026-cı ildən Azərbaycanda yüksək oktanlı benzin istehsalı yenidən dayanacaq" və bu zaman səbəbini göstərmirlər, sadəcə gələn ilin dövlət büdcəsi zərfinə istinad edirlər”.

Bakupost.az xəbər verir ki, bunu Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban bildirib.

Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsində birbaşa belə bir fikir yoxdur:

“İkinci bir tərəfdən, bu il rəsmi statistikada belə göstərilir ki, Azərbaycanda Aİ-95 markalı benzinin istehsalı həyata keçirilir və ilin ikinci yarısından az həcmdə də olsa belə, onun ixracına da başlanılıb.
SOCAR-a ünvanladığım sorğuya isə bir qədər əvvəl cavab aldım ki, "Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda tətbiq olunan istehsal prosesləri çərçivəsində Avro-5 keyfiyyət standartlarına uyğun A-92 və A-95 markalı benzin istehsalı həyata keçirilir və gələn ildə də bu növ neft məhsullarının istehsalı davam etdiriləcək".

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar