Rusiyanın SSRİ-ni bərpa etməyi planlaşdırdığı barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əvvəla, biz onların nə dərəcədə etibarlı olduğunu bilmirik. Bəli, bu mövzuda bəzi ayrı-ayrı məlumatları görmüşük, hətta, doğru olsa belə, bu, kəşfiyyatın hansısa yanlış mülahizələr, araşdırmalar və nəticələr çıxardığı hallar sırasındandır. Bu, qətiyyən reallığa uyğun deyil”, - Peskov bildirib.
“Reuters” agentliyi bundan əvvəl ABŞ kəşfiyyat mənbələrinə istinadla yazmışdı ki, Rusiya Prezidenti Vladimir Putinin sovet imperiyasını bərpa etmək, Şərqi Avropa ölkələrinə hücum etmək və Avropada SSRİ-nin təsir zonasını yenidən qurmaq planları var.